İrandan Livana 600 min ton yanacaq təchizatı müqaviləsi

Operativ.tv Rasthaber-ə istinadən xəbər verir ki, İranın Beyrutdakı səfiri Livan mənbələrinin məlumatına əsasən, İranın 5 ay ərzində Livana 600 min ton yanacaq tədarükü ilə bağlı razılıq əldə etdiyini açıqlayıb. Livanın əl-Mənar şəbəkəsi İranın Livandakı səfiri Müctəba Əmini “Livanın Energetika Nazirliyi ilə İranın müvafiq rəsmiləri arasında tezliklə elan olunacaq sazişlə bağlı yaxşı xəbər var”-deyib. Əl-Menar İran İslam Respublikasının Beyrutdakı səfirliyinin rəsmisinə istinad edərək deyib ki, yanacaq daşıyan İran neft tankerləri Livan tərəfinin təyin etdiyi limanda yanaşmaq üçün bir-iki həftəyə Livana yola düşməyə hazırdır. Mənarın hesabatına əsasən, Livan nümayəndə heyəti ötən şənbə günündən etibarən Tehrandadır və üç məsələdə müvafiq nazirliklərlə məsləhətləşmələr aparır. Bu üç məsələyə Livana yanacaqla kömək etmək, bu ölkədə elektrik şəbəkələrinin təkmilləşdirilməsi və təmiri və elektrik stansiyalarının tikintisi daxildir.

Xatırladaq ki, ötən il İrandan gələn beş gəmi Suriya limanları vasitəsilə Livana yanacaq daşıyıb.