İraq İranın səfirini Bağdadda XİN-ə çağırıb

Sepah-ın İraqın şimalında Kürdüstan Regional Hökumətinin nəzarətindəki bölgələrdə separatçı qrupların mövqelərini bombalamasından sonra İranın səfiri Bağdadda XİN-ə çağırılıb.

Operativ.tv SalamNews-a istinadən xəbər verir ki, bu barədə İraqın Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, İraqın şimalının İran tərəfindən bombalanmasından sonra bu ölkənin səfiri XİN-ə çağırılıb və İraqın kəskin etirazı qarşı tərəfə bildirilib.

Qeyd edək ki, Sepah son həftədə İraqın şimalında Kürdüstan Regional Hökumətinin nəzarətindəki ərazilərdə fəaliyyət göstərən separatçı və terrorçu qrupları son iğtişaşların dəstəklənməsində və sair təxribatlarda ittihamlandırır. Kürdüstan Regional Hökumətindəki mənbələr İranın bu hücumunda doqquz nəfərin öldüyü və 10 nəfərin yaralandığını bildiriblər.