İraq şiələrinin Koordinasiya Çərçivəsi bəyanat yayıb

İraq Şiələrinin Koordinasiya Çərçivəsi çərşənbə axşamı bəzi sosial media qurumlarının İraq hökumətinin formalaşdırılması üçün çərçivənin bir hissəsinin üçlü koalisiya ilə razılaşdırıldığı barədə şayiələrini təkzib edib.
Operativ.tv Fars Xəbər Agentliyinin Beynəlxalq Xidmətinin məlumatına istinadən, İraqın Şiə Koordinasiya Çərçivəsi çərşənbə axşamı axşam saatlarında sosial şəbəkələrdə yayılan şayiə ilə bağlı bəyanat yayıb.
Şiə Koordinasiya Çərçivəsi bəyanatda sosial mediada yayılan şayiələrə əsassız adlandırıb. 
Bəyanatda deyilir ki, Koordinasiya Çərçivəsi hökumətin formalaşdırılması, vətəndaşların və siyasi cərəyanların mövqelərinin dəstəklənməsi prinsiplərinə sadiqdir.