İraqın baş naziri vasitəçilik məqsədilə İrana və Səudiyyə Ərəbistanına gedir

İraqın baş naziri Mustafa əl-Kazimi İranla İraq arasında vasitəçilik etmək məqsədilə Tehran və ər-Riyada gedir.

Operativ.tv SalamNews -a istinadən xəbər verir ki, Mustafa əl-Kazimi sabah Tehrana gedir.

O bu səfərin ardından ər-Riyada yola düşəcək.

Əlavə edilib ki, səfərdən məqsəd qarşılıqlı əlaqələrin genişləndirilməsini müzakirə etmək və İranla Səudiyyə Ərəbistanı arasında diplomatik əlaqələrin bərpası istiqamətində vasitəçilik addımları atmaqdır.

Qeyd edək ki, İranla Səudiyyə Ərəbistanın diplomatik əlaqələri 2015-ci ildən dayanıb.