İraqın qərbində İŞİD terrorçuları yaxalandı

Eastnews.org-un verdiyi xəbərə görə, İraqın qərbində İŞİD terrorçuları ilə əlaqəli olan 5 nəfər yaxalanıb.   “Al-Sumaria News”  portalı İraq silahlı qüvvələrinin baş komandanının mətbuat katibi Yəhya Rəsula istinadən məlumat yayıb ki, antiterror xidməti Hitdə terror əməliyyatını dayandırmağa nail olub. Ramadinin şimalında Ənbar, Bağdad və Kərkük vilayətlərində 5 İŞİD terrorçusu saxlanılıb. Onların üzərindən silah partiyası aşkar edilib.   Xatırladaq ki, İraqın bir sıra bölgələrində İŞİD təşkilatının terrorçularının qalıqlarının təmizlənməsi üçün “Göyün ildırımı” antiterorr əməliyyatının növbəti mərhələsi başlayıb.