İraqlı gənc xəttat düyü dənələrini sənət əsərinə çevirir

Operativ.tv Anadolu Ajans-a istinadən xəbər verir ki, Gözəl Sənətlər Fakültəsinin məzunu Qasim Muhəmməd Rza bütün İxlas surəsini düyü dənəsinin bir üzünə, Allahın 99 adını isə mərcimək dənəsinə yazdığını bildirir.
Gənc iraqlı xəttat Qasim Muhəmməd Rza düyü dənələrinin üzərinə adlar yazaraq, müxtəlif rəsmlər çəkir və bununla çörəkpulu qazanmağa çalışır.
Paytaxt Bağdadın ikinci əl kitab mağazası küçəsi olan Mutənəbbidə kiçik bir piştaxtada işləyən 25 yaşlı Rza müştərinin istəyinə uyğun olaraq düyü dənəciklərinin üzərinə adlar yazır. Xəttat olan Rza müxtəlif rəsmləri də düyü dənələrinə uyğunlaşdırır.
İncəsənət fakültəsinin məzunu Rza AA müxbirinə sadiq qaldığı peşəsindən danışıb.
İşə 2009-cu ildə hobbi olaraq başladığını açıqlayan Rza, "2017-ci ildə yaxın bir dostumun dəstəyi ilə hobbi olaraq başladığım bu işi peşəyə çevirdim. Peşəm də insanlar tərəfindən sevilir. Çünki belə maraqlı şeylər həmişə ictimaiyyətin diqqətini çəkir” deyə bildirib.
Bir düyü dənəsinə birdən çox ad, məsələn, 8-dən 9-a qədər sığdıra bildiyini ifadə edən Rza, "Bir düyü dənəsinin bir tərəfinə İxlas surəsinin hamısını yazdım. Təxminən bir-iki saat vaxtımı aldı. Mərci dənələrinin də üzərinə Allahın bütün adlarını yazdım.” deyə vurğulayıb.

Özünün də xəttat olduğunu bildirən Rza təsbehlərə də ad yaza biləcəyini açıqlayıb.