İŞİD həbsxanaya hücum edib, yaraqlılarını oğurlayıb

Cümə axşamı gecəsi İŞİD Suriyanın şimal-şərqindəki həbsxanaya bombalı hücum edərək həbsxanadan 20 yaraqlını qaçırıb, bu barədə məlumatı yerli mənbələr bildiriblər.

İŞİD iki bomba yüklü maşınla Həsəkədəki Səna həbsxanasına hücum edib. Hücumdan sonra toqquşma səsləri eşidilib. Yerli mənbələrin məlumatına görə, hücumdan sonra ABŞ-ın dəstəklədiyi silahlıların nəzarətində olan Səna həbsxanasından 20 İŞİD üzvü qaçıb. Münaqişənin başlaması ilə SDQ-nin həbsxana ətrafında hərbi mövcudluğunu artırdığı bildirilib. ABŞ işğalçı qüvvələri SDQ silahlıları ilə əməkdaşlıq edərək, neft oğurlamaq üçün Suriyanın neft yataqlarının əksəriyyətinə nəzarəti ələ keçirib və son aylarda silah, hərbi texnika və logistika daşıyan minlərlə yük maşını əraziyə daxil olub.