“İslamda kəbin yoxdur” deyənlərə cavab

Bağışlayan və Mehriban Allahın adı ilə

“İslamda kəbin yoxdur” deyənlərə cavab

Son günlərdə özünü ilahiyyatçı və İslam mütəfəkkiri hesab edən şəxs vəya şəxslər İslamda “kəbin” anlayışının olmadığını iddia edirlər. Əlbəttə bu çox gülüncdür.

İslam dini ən xırda detalları da özündə ehtiva edən sonuncu ilahi kamil dindir. Elementar yeməyə başlayarkən “Bismilləh” demək İslamın təkidli göstərişlərindəndir. Həmçinin hərhansı məkana daxil olarkən ilk öncə sağ yaxud sol ayağın addımlaması belə dinimizdə öz əksini tapmışdır.

Bəs necə olur ki, iki əks cins insan evlənir,bir yuva qurur və burada heç bir dini göstərişdən söhbət getmir?! Bu çox absurddur. Evlənmək kimi mühüm bir prosesdə ola bilməz ki, hərhansı dini ayin olmasın.

Əlbəttə dinimiz ağıl dinidir. Bütün dini ritualların yeganə hədəfi Uca Yaradını xatırlamaq, gördüyümüz hər bir işdə onun vəhdaniyyətini təsdiqləmək və bütün nemətlərin yalnız Allahdan olduğunu iqrar etməkdir.

Kəbin mövzusunda da ilk öncə qız atasının razılığı alınır və mehriyyə təyin olunur. Uca Allahın adı çəkilir, müvafiq dualar oxunur, şahidlərin oması arzuolunan hal kimi qiymətləndirilir və s.

 Həmçinin  valideynlərin xeyir-duası verilir.

 

Əlbəttə cəmiyyətimizdə kəbinlə bağlı belə anormal fikirlərin səsləndirilməsi heç də təsadüfi deyil. Belə zərərli fikirlər Azərbaycan cəmiyyətini öz çoxillik milli-mənəvi dəyərlərindən uzaqlaşdırmağa hesablanıb. Burada maraqlı olan qüvvələr vardır. Müasir dövrdə təqdim edilən “İslam modeli” belə qurulub. Bu ən yeni İslam modelində  modernizm adı altında “Həya” aradan aparmağa hesablanıb. Kəbin və digər mövzular fonunda beyinlərə bir “sərbəstlik və yenilik” mesajı ötürülür. Bu da insanda tədricən Allah qarşısında təkəbbür və həyasızlığa gətirib çıxaran amildir. Şübhəsiz ki, bir cəmiyyətdə “həya” aradan aparılarsa, o cəmiyyətin mənəviyyatı böhran yaşayar. Bu gün də vətənimiz Azərbaycanın daxili və xarici düşmənləri gecə- gündüz çalışırlar ki, bu millətin dəyərlərini xüsusən “Ailə dəyərlərini” aradan aparsınlar. Çünki bir cəmiyyətdə ailə dəyərləri məhv olarsa, o cəmiyyətdə tərbiyə- əxlaq zəifləyər. Pis vərdişlərə( əxlaqsızlıq, narkomaniya və s)  aludəçilik artar. Belə cəmiyyət də müti və təsirsiz olar.

Biz Qərb cəmiyyətində bu iyrənc tendensiyanı müşahidə etməkdəyik. Günbəgün artan cinsi xəstəliklər, nəsil artımının olmaması, narkomaniya və alkoqolizm bəlası, cinsi təcavüzlər, intiharlar və s.

Maraqlı olan böyük qüvvələr də Azərbaycanımızı tamamilə belə görmək istəyirlər.

 

Uca Allah SeyyidüşŞühəda(ə) və Kərbəla Şəhidlərinə xatir xalqımızı qorusun.

Amin.

Diqqətiniz üçün təşəkkür edirəm.

 

 

Vüsal Nadiroğlu

Sosial psixoloq

“Müsəlman Birliyi Hərəkatı” İdarə Heyətinin üzvü