İslami və Qrossi görüşüb

Operativ.tv İRNA-ya istinadən xəbər verir ki, Atom Enerjisi Agentliyinin prezidenti Məhəmməd İslami Avstriyanın paytaxtı Vyanada Beynəlxalq Atom Enerjisi Agentliyinin baş direktoru Rafael Qrossi ilə görüşüb.

Atom Enerjisi Agentliyinin sədri Məhəmməd İslami MAQATE-nin 66-cı Baş Konfransında iştirak etmək üçün getdiyi Avstriyanın paytaxtı Vyanada Beynəlxalq Atom Enerjisi Agentliyinin baş direktoru Rafael Qrossi ilə görüşüb. Bu görüşdə İslami və Qrossi ikitərəfli məsələləri müzakirə ediblər. MAQATE-nin baş direktoru Qrossi bu görüşdən sonra verdiyi açıqlamada İranla qalan nəzarət məsələləri üzrə danışıqların bərpa olunduğunu bildirib. Qrossi Twitter hesabında paylaşım edərək "İran Atom Enerjisi Agentliyinin Baş Konfransı zamanı İran Atom Enerjisi Agentliyinin prezidenti və vitse-prezidenti Məhəmməd İslamini qonaq etdim" deyib.