İsrail İordan çayının Qərb sahilində məscid dağıtdı

İsrail qüvvələri İordan çayının Qərb sahilində yerləşən məscidi dağıdıb.

Operativ.tv Az.shafaqna.com-a istinadən xəbər verir ki, Kəlkiliyada dağıdılan ibadətgah inşa mərhələsində idi.

Yerli bədəvi fələstinlilərin icmasından bildirilib ki, İsrail qüvvələri 1 həftə ərzində məscidin sökülməsini tələb ediblər və hədələyiblər ki, əks halda, özləri oranı dağıdacaqlar. Müsəlmanlar məscidə qarşı ehtiramsızlığı minimuma endirmək üçün yarıtikilini özləri söküblər.

Həmçinin 11 fələstinli də həbs edilib.