İsrail qüvvələrinin Cenin şəhərinə hücumunda üç fələstinli həlak olub

İsrail qüvvələri bu gün sübh işğal altında olan İordan çayının qərb sahilindəki Cenin şəhəri və ətrafında yerləşən qaçqınların düşərgəsinə hücum ediblər.

Operativtv.com SalamNews-a istinadən xəbər verir ki, Fələstinin Səhiyyə Nazirliyi İsrail qüvvələrinin bu gün sübh həyata keçirdiyi hücumda üç fələstinlinin həlak olduğunu bildirib.

Məlumatda bildirilib ki, həlak olan fələstinlilər İsrail qüvvələrinin snayper güllələrinə tuş gəliblər.

Səhiyyə Nazirliyi əlavə edib ki, bu ölüm halları ilə cari ilin əvvəlindən indiyədək İordan çayının qərb bölgələrində həlak olan fələstinlilərin sayı 164 nəfər, mühasirədə qalmış Qəzzada isə 52 nəfərdir.