İsrail rejimi Həzrət Zeynəbin (s.ə) məqbərəsinin yaxınlığına raket atıb

İsrailin Suriya ərazisinə təcavüzü zamanı raketlərdən bir neçəsi Dəməşqin cənubunda yerləşən Seyyidə Zeynəb məntəqəsinə düşüb.

Operativ.tv SalamNews-a istinadən xəbər verir ki, İsrail ordusu ötən gecə işğalda olan Colan Yüksəkliklərindən Suriya ərazisini hədəfə alan zaman raketlərdən bir neçəsi həzrət Zeynəbin (ə) məqbərəsinin yerləşdiyi Seyyidə Zeynəb məntəqəsinə düşüb.

Raketlər məqbərədən bir neçə km uzağa düşüb. Raketlərin çoxu havadan müdafiə sistemləri tərəfindən zərərsizləşdirilib.

Ötən gecə həyata keçirilən bu təcavüzdə Suriyada Ordusunun azı üç hərbçisinin həlak olduğu və beş nəfərin yaralandığı deyilir.

Qeyd edək ki, İsrail son bir ayda dördüncü dəfədir Suriya ərazisinə təcavüz edir.