İsrail tanınmış müxbirin qətlini araşdıran Avropa heyətinin bölgəyə daxil olmasına imkan verməyib

İsrail hakimiyyəti Avropa Parlamentindən bir neçə məsələni, o cümlədən Əl-Cəzirə telekanalının müxbiri Şirin Əbu-Aqilənin öldürülməsini müzakirə etməli olan xüsusi nümayəndə heyətinin Fələstin ərazilərinə gəlməsinə mane olub.

Operativ.tv SalamNews-a istinadən xəbər verir ki, xüsusi Avropa nümayəndə heyətinin prezidenti Manu Pinedanın Qüdsə və Qəzza zolağına daxil olmasının qarşısı alındıqdan sonra Fələstin ərazilərinə səfərini ləğv etmək məcburiyyətində qalıb.

Bazar günü İsrailə səfərə başlayan Avropa Parlamentinin sədri Roberta Metsola İsrail hakimiyyətinin xüsusi nümayəndə heyətinin rəhbəri Manu Pinedanın ölkəyə girişinə icazə verməməsindən təəssüfləndiyini bildirib və məsələni müvafiq orqanlar qarşısında qaldıracağını deyib.

Metsola Twitter-dəki paylaşımında vurğulayıb ki, Avropa Parlamentinə və onun üzvlərinə hörmət yaxşı münasibətlər üçün vacibdir.