İsrailin Baş naziri: "Britaniya Təl-Əvivdəki səfirliyinin Qüdsə köçürülməsini nəzərdən keçirir"

"Böyük Britaniyanın Baş naziri Liz Tras İsraildəki səfirliyin Təl-Əvivdən Qüdsə köçürülməsi məsələsini nəzərdən keçirir".

Operativ.tv Report-a istinadən xəbər verir ki, bu barədə İsrailin Baş naziri Yair Lapid BMT Baş Assambleyasının 77-ci sessiyası çərçivəsində Nyu-Yorkda Tras ilə görüşdən sonra tviterdə yazıb.

"Böyük Britaniya səfirliyinin Qüdsə köçürülməsi məsələsinə müsbət yanaşdığını bildirən Britaniyanın Baş naziri, dostum Liz Trasa təşəkkür edirəm", - paylaşımda deyilir.