İsrailin müdafiə naziri və “Mossad”ın rəhbəri İran atomunu müzakirə etmək üçün ABŞ-a gedir

 

İsrailin müdafiə naziri Benny Gantz və İsrailin Mossad kəşfiyyatının rəhbəri David Barnea gələn həftə İranın uranın zənginləşdirilməsində irəliləyişini dayandırmaq üçün tədbirləri müzakirə etmək üçün Vaşinqtona səfər edəcəklər. APA TASS-a istinadla bildirir ki, bu barədə Baş nazir Naftali Bennet yəhudi dövlətinin Nazirlər Kabinetinin həftəlik iclasında bəyanatla çıxışı zamanı məlumat verib. O deyib ki, yaxın günlərdə müdafiə naziri və Mossad direktoru bu məsələni (İranın nüvə proqramı) müzakirə etmək üçün Vaşinqtona səfər edəcək:

“Məqsədimiz Vyana danışıqlarının raundları arasında fürsət pəncərəsindən istifadə edərək ABŞ-dakı dostlarımıza məlumat verməkdir. İranın uranın zənginləşdirilməsində sürətlə irəliləməsinə qarşı başqa vasitələrdən istifadə etməyin vaxtıdır. İran öz pozuntularının əvəzini ödəməyə başlamalıdır".