İstanbuldakı aksiyalarda saxlanılanların sayı açıqlandı

Eastnews.org-un verdiyi xəbərə görə, İstanbulda dolların iki gün əvvəl rekord həddə bahalaşaraq 13,46-nı keçdikdən sonra başlayan "valyuta" etirazları çərçivəsində dünən keçirilən aksiyalarda 70 nəfərin saxlanıldığı açıqlanıb.   Bu barədə İstanbul Polis İdarəsi açıqlama yayıb.   Açıqlamada deyilir:   "Kadıköy, Şişli, Eyüpsultan, Bakırköy və Beylikdüzündə icazəsiz nümayişlər müşahidə olunub. Nümayişçilərə dağılışmaq barədə xəbərdarlıq edilib. Xəbərdarlıqlara məhəl qoymayaraq məmurlarımıza müqavimət göstərən 46 kişi və 24 qadın olmaqla ümumilikdə 70 nəfər saxlanılıb. Saxlanılan şəxslər barəsində məhkəmə istintaqı başlayıb".