Jurnalist Can Dündar minlərlə insanın aciz halda ölməsinin səbəbkarı kimi Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan hakimiyyətini görür

Jurnalist Can Dündar minlərlə insanın aciz halda ölməsinin səbəbkarı kimi Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan hakimiyyətini görür:
“Süleyman Dəmirəl tez-tez təkrarlayardı: “Siyasətə necə gəlmisənsə, elə də gedəcəksən”. Ərdoğan 1999-cu ildəki zəlzələ ilə siyasətə gəldi. Görünən odur ki, 2023 zəlzələsi ilə gedəcək. Minlərlə qurbanı olun bu zəlzələ Ərdoğanı da siyasətin dağıntıları altında basdıracaq. Yaratdığı təkadamlıq rejimi dağıntılar altında qaldı. İqtidar acgözlüyü ilə bütün ipləri əlinə aldı. Bütün qurumları özünə bağladı. Heç bir etiraza dözə bilmədiyinə görə yanında yalnız “bəli, cənablar” deyənlər qaldı. Nəticə nədir? Türkiyə tarixinin ən böyük faciəsini yaşayır. 100 minlərlə insan dağıntılar altındadır. Dağıntılar altında qışqırır, milyonlarla insan kömək etməyə çalışır. Amma bütün səlahiyyət tək adamda olduğu və tək adam hər krizisdə olduğu kimi ən kritik vaxtlarda ortadan yoxa çıxdığı üçün dövlət iflic vəziyyətindədir”.
 
Meydan TV