Kazimi Qumi: “İŞİD Əfqanıstanda ABŞ-ın yerini tutan müharibə alətidir”

Giperssilka.ru TASNİM-ə istinadən xəbər verir ki, İran İslam Cümhuriyyətinin Əfqanıstan üzrə xüsusi nümayəndəsi Həsən Kazimi Qumi şəxsi Tvitter səhifəsində Əfqanıstanın regional təhlükəsizlikdəki əsas roluna işarə edib:

“Regionun sabitliyi və təhlükəsizliyi Əfqanıstanın sabitlik və təhlükəsizliyindən asılıdır. ABŞ ordusu Əfqanıstandan qaçdı, lakin təxribat və təhlükəsizlik təhlükəsi yaratmağa davam edir. Hazırda İŞİD Əfqanıstanda ABŞ-ın işğalçı siyasətini davam etdirir. Daha düzgün formada desək İŞİD Əfqanıstanda ABŞ-ın rolunu oynayır. Bütün dünya ölkələrindən bu terror təşkilatı ilə mübarizədə Əfqanıstana kömək etməsini istəyirəm”.

Kazimi noyabrın 15-də Kabilə səfəri zamanı deyib ki, bəzi ölkələr terrorizmlə mübarizə adı ilə Əfqanıstanda “proxy” müharibəsi başlatmağa çalışırlar.

Kazimi Qumi bildirib ki, soyuq mövsüm başlamışdan əvvəl Əfqanıstan xalqına kömək etmək prioritet məsələdir.