Keçmiş nazirin oğlu Londonda bahalı maşınlarla kef edir - Mehman Hüseynov

Bloger Mehman Hüseynov keçmiş nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədovun hazırda Londonda bahalı maşınlarda əyləndiyi barədə araşdırma paylaşıb.
 
O deyib ki, Anar Məmmədov London küçələrində qiyməti 400.000 AZN olan Rols Royce sürür. 
 
Qeydiyyat nömrəsi - FI ANAR. 
 
Keçən il isə onun Londonda sürdüyü maşın 500.000 AZN qiyməti olan Lamborgini imiş.
 
Anar Məmmədov araşdırmaya münasibət bildirməyib.