Keçmiş polis şöbəsi məscidə çevriləcək

Az.shafaqna.com xarici mediaya istinadən xəbər verir ki, Böyük Britaniyanın Sent-Mellin şəhərindəki keçmiş polis bölməsi binası 2019-cu ildən Şərqi Kardiff Müsəlman Mərkəzinin müvəqqəti evidir.

Ora tezliklə söküləcək və yerində məscid inşa ediləcək.

Müvafiq ərizə Kardiff Şurası tərəfindən də təsdiq edilib. Köhnə binanın söküntüsü işləri cari ilin sonunda başlamalıdır.

Yeni mərkəz hazırkı binadan daha böyük olacaq. Orada kişi və qadınların gündəlik ibadətləri üçün xüsusi yerlər olacaq.

Həmçinin məscidin önündə yaşıllıq zonası salınacaq.

Yerli sakinlərin əksəriyyəti layihəni dəstəkləyiblər və bildriblər ki, yeni mərkəz yerli rayona müsbət təsir göstərəcək.