Kərbəla və Qarabağ şəhidləri anıldı.

Azərbaycan İslam Partiyası Qadınlar Şurası, Əsgər Analarına Dəstək İctimai Birliyi, Qələmin Sədası, Fatimə Heyətinin təşəbbüsü ilə Kərbəla-Ərbəin və Əli Əsgər adına məclis təşkil olundu.

Bu gün (25 sentyabr) Azərbaycanın torpaqları uğrunda şəhidlik zirvəsinə yüksələn qəhrəmanların ailə üzvüləri, qazi ailələri və inanclı qadınlarının iştirakı ilə Kərbəla şəhidlərinin Ərbəini-40 mərasimi, Kərbəla hadisəsinin ən az yaşı şəhidi, Hz. Əli Əsgərin (ə) və Qarabağ şəhidlərinin anim mərasimi Azərbaycanın inanclı xanımlarının təşəbbüsü ilə qeyd olundu. Mərasimi giriş sözü ilə açan təşkilatçılardan Azərbaycan İslam Partiyasının qadınlar şürasının başçısı Növrəstə xanım Ərbəin günlərini yaşadığımız Kərbəla hadisəsi və bu yolun pak şəhidlərinin mübarizə yoluna toxunaraq bu günün şəhidləri olaraq Qarabağ şəhidlərinin də qürur yeri olaraq fəxrlə andığını bildirdi. Ardınca digər təşkilatçılar da söz alaraq şəhadət məktəbi, şəhidi olan xalqın azadlıq əzminin qırılmamazlığından söhət açdılar. Şəhid analarının şəhadət məktəbinin məzunları olan övladları ilə bağlı xatirələri gecənin ən kövrək anları oldu. Mərasim növhə və əzadarlıqla yekunlaşdı.