Əl-Cəzirə telekanalının aparıcısından İsrail rejiminə cavab

Əl-Cəzirə telekanalının aparıcısının İrandakı iğtişaşlar haqqında açıqlaması və sionist rejimin Xarici İşlər Nazirliyinin qəzəbinə səbəb olub.

Ötən günlərdə müxalifət mediası, münafiqlər, təkfirçilər və sionistlər hərəkatı üçün bəhanəyə çevrilən Məhsa Əmininin ölümünə Əl-Cəzirə Qətər Şəbəkəsinin tanınmış aparıcısı Camal Rayanın şərhi sionist rejimin qəzəbinə səbəb oldu.

Camal Rayan Twitter səhifəsində yazıb ki, İrandakı etiraz aksiyaları 100% sionist rejim və onun casus xidmətləri, xüsusən də İsrailin ən gizli hərbi kəşfiyyat bölməsi olan 8200-cü tərəfindən təşkil olunub.
Qeyd edək ki, Sionist Xarici İşlər Nazirliyi Mehsa Amini həştəqi ilə yazı dərc edərək baş verən hadisələrə reaksiya belə reaksiya verib: “İran rejimi gənc qadını saçını göstərdiyi üçün öldürür. Minlərlə iranlı dini polis tərəfindən döyülərkən, azadlıqları üçün etiraz edir, lakin tviti silinən Əl-Cəzirə jurnalistinin sözlərinə görə, bu hadisələrə görə İsrail məsuliyyət daşıyır."
Camal Rayan sionist rejimin Xarici İşlər Nazirliyinin bu tvitinə cavab olaraq yazıb ki, “İranlının öldürülməsinə rəğbət bəsləyən və Şirin Əbu Əqlanın öldürülməsinə rəğbət bəsləməyən İsrail Xarici İşlər Nazirliyi mənə hücum edənə qədər bu qədər vacib və nüfuzlu olduğumu bilmirdim. Bu da İranda baş verən iğtişaşlarda İsrailin əli olduğu düşüncəsini təsdiqləyir”.