Əl-Səud rejimi müxalifləri tərəfindən “Hicaz Məclisi” təsis edildi

Operativtv.com Rasthaber -ə istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanının Londondakı səfirliyi qarşısına toplaşan onlarla Əl-Səud rejiminin müxalifləri bəyanat yayaraq “Hicaz Məclisi”nin yaradılmasını elan ediblər.

Səudiyyəli tədqiqatçı Sultan əl-Əbdəli tərəfindən oxunan bu bəyanatda əsas diqqət Hicazın kimliyi və mərkəzi əhəmiyyəti barədə ictimaiyyətin məlumatlandırılması və İslam ümmətinin bu torpağın müqəddəsliyinə daha çox diqqət yetirməsi və əməkdaşlıq üçün səfərbər edilməsinə yönəlib. Bəyanatda diqqət ziyarətin asanlaşdırılması, ziyarətin Səudiyyə müxalifləri üçün ov meydanına çevrilməsinin qarşısının alınması və qədim artefaktların geri qaytarılmasına yönəlib. Əl-Səud müxalifləri Hicazın mövcud rejimdən xilas olmasını və ümmətə xidmət etmək üçün İslam dünyasının Hicazda rol oynamasını tələb edirdilər.

Bu bəyanata əsasən, Hicaz Məclisinin yaradılmasında məqsəd müsəlmanları, alimləri, ziyalıları və medianı Hicazın vəziyyəti barədə məlumatlandırmaq, bu bölgənin aparıcı rolunun marjinallaşmasının qarşısını almaq üçün siyasi fəaliyyətlər həyata keçirmək və İslam əsərlərini məhv etmək planını ifşa etmək.