Lerikdə dağlıq ərazidə yanğın başlayıb

Lerik rayonu, Soru kəndi yaxınlığında mürəkkəb relyefli dağlıq ərazidə yanğın başlayıb. 

​​​Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. 

Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri, Mülki Müdafiə Qoşunlarının və Xüsusi Riskli Xilasetmə Xidmətinin şəxsi heyəti, Aviasiya dəstəsinin 1 ədəd helikopteri, həmçinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşə Təsərrüfatı Mərkəzinin əməkdaşları və yerli sakinlərin yanğınsöndürmə işlərinə cəlb olunduğu deyilir. 

Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlərin davam etdirildiyi, əlavə məlumat veriləcəyi deyilir.

Bundan öncə Lerik rayonunun Haftonu kəndi yaxınlığında mürəkkəb relyefli dağlıq ərazidə yanğın baş vermişdi, bu zaman 1 ha sahədə quru ot, kol-kos və qurumuş ağac kötükləri yanmışdı.