Əlilliyi olan şəxslər TƏBİB-in qarşısında etiraz edib

Mayın 31-də olan əlliliyi olan şəxslər Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB)binası qarşısında etiraz edib.

Onların əsas narazılığı əlillik təyinatları ilə bağlı olub( “Report.az”).

Məlumata görə,TƏBİB-in nümayəndəliyi narazı vətəndaşları qəbul edib, onların şikayətlərini dinləyib.

Qurum vətəndaşlara məlumat verib ki, əlillik və pensiya təyinatı İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və TƏBİB tərəfindən aparılmır:
“Tİbb müəssisələri yalnız həkim rəyinin əks olunduğu Forma-88 arayışı təqdim edir. Əgər vətəndaş həkim rəyini düzgün hesab etmirsə, o zaman həmin şəxsin müraciətinə fərdi qaydada baxıla bilər”.

2020-ci ilin sonlarından indiyə kimi təxminən 23 min şəxsə əlillik pensiyasının ödənilməsi dayandırılıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən (ƏƏSMN) bildirirlər ki, araşdırmalar zamanı 7 mindən çox şəxsin "saxta əlillik" arayışı düzəltdiyi üzə çıxıb və onlara pensiya verilməsi dayanıb. Əlillik təyinatı üçün yenidən müraciət edənlər arasında təxmininən 16 min şəxs ya reabiltasiya olub, ya da xəstəlik vəziyyətləri əlillik qrupu təyinatı üçün əsas sayılmaylb. Nazirlik bununla büdcəyə illik 101 milyon manat qənaət edildiyini açıqlayıb.