Əlizamin Salayev azadlığa çıxıb

Bu gün AXCP Salyan şöbəsinin funksioneri Əlizamin Salayev azadlığa çıxıb. Əlizamin Salayev 20 aprel 2020-ci ildə Salyan Rayon Məhkəməsi tərəfindən mühakimə olunub və 2 il 3 ay müddətinə azadlıqdan məhrum edilib. O, yerli polis şöbəsinin zabitinin şikayəti əsasında “böhtan” və “təhqir”də ittiham olunub. İddiaya Salayevin İnternetdə yaydığı videogörüntü səbəb olub. Videogörüntüdə o, polislə söhbətində onu 21 yaşlı yerli sakini birgə yaşamağa təhrik etməkdə günahlandırıb.

Salayev hüquq müdafiəçiləri tərəfindən siyasi məhbus kimi tanınıb.