MBH üzvünün evində axtarış polislə insidentə səbəb olub

Müsəlman Birliyi Hərəkatının üzvü Mail Kamil oğlu Kərimovun dünən evində polis tərəfindən axtarış aparılıb. Redaksiyamıza məlumatı onun ailəsi verib. Belə ki, son dövrlər inanclılara qarşı reperessiv həbslərin yer aldığı günümüzdə hərəkat üzvlərinin də saxlanılması durmadan artmaqdadır. Fevralın 2-də saxlanılan Mail Kərimov bu ilin həbs olunan 20-yə yaxın hərəkat üzvündən biridir. O, ötən il mayın 20-də Bakı Ağır Cinayətlər Məhkəməsinin qarşısında saxlanılan beş nəfər inanclılar arasıda yer almışdı. Hadisədən bir neçə gün sonra keçirilən mətbuat konfransında Kərimov polis idarəsində işgəncəyə məruz qalması, zorlanmaqla hədələnməsindən danışmışdı. O, hadisə zamanı 30 sutka inzibati cəza alaraq saxlanılmışdı. Lakin cəzası bitən zaman polislər tərəfindən ciddi xəbərdarlıq olunaraq ona bildirilmişdi ki, hərəkatın tədbirlərində fəallıq nümayiş etdirəcəyi halda onu narkotik ittihamı ilə həbs gözləyir.

 Yanvarın 13 də Müsəlman Birliyi Hərəkatının 8 illik yubileyində ailəsi ilə iştirak edən Mail Kərimov bir gün sonra polis idarəsinə dəvət olunur. Mərasimi dini məclis adlandıran Xəzər rayon polis idarəsi azyaşlıların burada iştirakına görə Mail də daxil olmaqla 6 nəfərin işini məhkəməyə göndərir. Yanvarın 26-da Sabunçu Rayon Məhkəməsinə çağırılan Mail Kərimov işlə bağlı dindirilmədə olur. Növbəti iclas fevralın 2-sinə təyin olunur. Qeyd olunan tarixdə məhkəməyə gələn Mayıl Kərimovu məhkəmə önündə 14-cü polis bölməsinin işçiləri qarşılayır və onu məcburi formada idarəyə aparırlar. İki gün sonra isə ailəsi Mayılın həbs olunması və barəsində 234.4.3-maddəsi ilə cinayət işinin açılmasını öyrənir.

Dünən fevralın 7 də Mayılın evinə axtarışa gələn polis işçilərinin axtarış zamanı evin xanımı müşahidə üçün bunu telefona çəkmək istəyib. Səbəb isə son dövrlər axtarış aparılan evlərdə Qasim Süleymani, Ayətullah Xaminei və “onların xidmətində olmaq” kimi yazılar olan kağızların bu ünvanlara qoyularaq çəkilməsinə edilən ehtiyat olub. Həyat yoldaşı bununla da Mayıla yönəli saxta foto və kağızların həqiqətini üzə çıxarmaq istəyib. Lakin polislər buna icazə verməyiblər. Hətta xanıma sərt reaksiya verərək əlindəki telefonu belə ondan zorla almağa çalışıblar. Evin xanımı əmindir ki, bunu polis özünün evdə yerləşdirməklə lentə almağa çalışdıqları şəkillərin çəkilişinə görə edib.

Hadisə ilə bağlı hərəkatın mətbuat katibliyi də məlumat yayıb. Hərəkat, həbs olunan hərəkat üzvlərinin evlərində qoyulan şəkilləri hadisəni İrana nifrət fonunda insanlara yayındırıcı manevr adlandırıb və  rejimin bu addımını növbəti məğlubiyyət və zəiflik kimi qiymətləndirib.