Media savaşında öz rolunuzu tapın

İslam İnqilabının Rəhbəri Əhli-Beyt (ə) məddahlarından bir qrupu ilə görüşdə- media savaşı qarşısında öz rolunuzu tapın-deyə onlara müraciət edib.

Ayətullah Xamenei Həzrət Zəhranın (s.ə) mövludu ildönümü günündə bir qrup Əhli-Beyt (ə) məddahı ilə görüşdə Xanım Zəhranın (s.ə) şəxsiyyətinin bəzi yüksək cəhətlərinə işarə ilə buyurub: “Mücadilədə batil cəbhə ilə üzləşmədə yüksək mövqe, minnətsiz xidmət, Allah üçün iş o həzrətin misilsiz özəlliklərindəndir və Qurani-Kərim açıq şəkildə onlara işarə edilib.”

İslam İnqilabının Böyük Rəhbəri əlavə edib: “Allahın lütfü ilə İslam İnqilabının qələbəsindən sonra İran camiəsi Fatimi olub və ötən 43 ildə Fatimi hərəkətini müqəddəs müdafiə dövründə, elmi hərəkət və Fəxrizadə kimi nüvə şəhidlərinin, böyük alim mərhum Kazım Aştiyaninin minnətsiz xidmətləri dövründə və sel və zəlzələ kimi təbii hadisələrdə dəfələrlə görmüşük.”

Ayətullah Xamenei sonra belə qeyd edib: “Düşmənin iqtisadi təzyiq yaratmaqla xalqı islami quruluşun qarşısında qoymağa çalışdığı bir şəraitdə, xalqa ictimai xidmətlər göstərmək dəyərli bir cihaddır.”

O həzrət düşmənlərin iri maliyyə və təhlükəsizlik dəstəkləri ilə minlərlə media və incəsənət mütəxəssisindən isitfadə edərək xalqın iman və inamlarını pozmaq cəhdlərinə diqqət çəkib. Düşmənin ümumi fikri dəyişmək üçün İran xalqına qarşı geniş hərəkətlərini pisləyən Ayətullah Xamenei, ən mühim cihad meydanını bəyan edərək bu gün onun qarşısında hər kəsin məsul olduğunu deyib. Bu işdə hər kəsin xalqı ziyalandırmasını vurğulayaraq o, şeytani hərəkətin qarşısında xüsusi olaraq heyətlər hansı addımı atmalarına diqqət etmələrini onlara təkid edib. O din təbliğçilərini, xüsusi olaraq məddahları haqq və batil cəbhəsinin amansız savaşında, yalan və həqiqət rəvayətlərin qarşıdurmasında harada yerləşdirdiklərini bildirərək bu işdə həssaslığı xüsusi dəyərləndirib.

Ayətullah Xamenei: Məddahlar sözün əsl mənasında mübariz və şəhidlər yetişdirir. İran İslam Respublikası ilə düşmən arasındakı mədəniyyət və media müharibəsində inqilabçı məddahaların uca səsləri təsirli olub və bu gün də bu uca səsləri geniş düşmən cəbhəsilə mübarizədə kəsərli olmalıdır-deyə əlavə edib.