Məhbus media: yeni hesabat yayılıb

Mərkəzi qərargahı Londonda yerləşən “Justice for Journalists Foundation” təşkilatının yeni hesabatına görə, Azərbaycanda 6 media təmsilçisi həbsdədir. Siyahıda jurnalistlər Əfqan Sadıqov və Polad Aslanovun, jurnalist, hüquq müdafiəçisi Elçin Məmmədlinin, bloqçular Aslan Qurbanov, İbrahim Türksoy və Elçin Həsənzadənin adları yer alır.

Hesabata əsasən Belarusda 30 media təmsilçisi həbsdə, 3 media təmsilçisi ev dustaqlığındadır.

Rusiyada 26 media təmsilçisinin həbsdə, 5 media təmsilçisinin ev dustaqlığında olduğu bildirilir. 2014-cü ildə Rusiyanın işğal etdiyi Ukrayna torpağı Krımda 10 media təmsilçisi həbsdə, 1 media təmsilçisi ev dustaqlığındadır.

Özbəkistanda 2, Türkmənistanda 1 media təmsilçisi həbsdədir.