Millətlər Liqası: Azərbaycan milli komandası son matçında qələbə qazandı

Operativ.tv Az.shafaqna.com-a istinadən verdiyi xəbərə görə, Azərbaycan millisi bu gün növbəti oyununu keçirib.

Məlumata əsasən, yığmamız Millətlər Liqasının 2022/23 mövsümündə son matçına çıxıb.

C liqasının 3-cü qrupunda yer alan Canni de Byazinin yetirmələri Qazaxıstanı qəbul edib.

Qonaqların bir saatdan çox azlıqda çıxış etdiyi görüşün ilk yarısında hesab açılmasa da, komandamız fasilədən sonra vurduğu 3 qolla ardıcıl üçüncü qələbəsini qazanıb.

Bununla da Azərbaycan yığması qrupu 10 xalla ikinci pillədə başa vurub.