MSK sədri: "Ermənistan müxalifəti mandatdan imtina edə bilməz"

"Deputat mandatlarının bölgüsü bir həftə sonra, yekun nəticələr elan olunduqda aparılacaq".

“Sputnik Ermənistan” xəbər verir ki, bu sözləri jurnalistlərə müsahibəsində Ermənistan Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Tiqran Mukuçyan söyləyib.

Müxalif blokların mandatlardan imtina etməsi ehtimalı ilə bağlı suala cavab verən Mukuçyan bildirib ki, qanuna görə belə bir mexanizm yoxdur. “İndiki mərhələdə mandatdan imtina institutu yoxdur. Namizədlər təşviqat dövründə geri çəkilərək mandatdan imtina edə bilərdirlər”, - deyə Mukuçyan bildirib.

Onun sözlərinə görə, mandatlar müstəsna şəkildə onları qazanan qüvvələr arasında bölüşdürüləcək, başqa bir qüvvəyə verilə bilməz.

Müxalifət mandatdan imtina edərsə, imtina etməyən qüvvə parlamentdə qalacaq.

Mukuçyan əlavə edib ki, MSK belə hal üçün qanunvericiliyin bütün nüanslarını araşdırmayıb.

Bütün seçki məntəqələrində səslər sayıldıqdan sonra Ermənistanın baş naziri səlahiyyətlərini icra edən Nikol Paşinyanın Vətəndaş Müqaviləsi Partiyası növbədənkənar seçkilərdə qalib gəlib.

İyunun 20-də keçirilən seçkilərdə 25 siyasi qüvvə - 21 partiya və 4 siyasi blok iştirak edib.

Son nəticələrə görə Vətəndaş Müqaviləsi Partiyası 53,92% səs toplayaraq parlamentdəki yerlərin 2/3-ni qazanıb.

Səsvermədə seçicilərin 49,4% iştirak edib.