Müsəlman Birliyi Hərəkatı; Hakimiyyətin təzyiq məngənəsində

Müsəlman Birliyi Hərəkatı milli və dini dəyərləri rəhbər tutaraq fəliyyət göstərir. Ölkədə qanun çərçivəsində bütün ictimai-siyasi-dini-sosial hadisələri diqqətində saxlamaq və ona mümkün reaksiya göstərməklə xalqın xidməti ali məqsədidir. Dünyada baş verən insan haqları mövzusunda hadisələr, dini mövzunu əhatə edən hər bir fikir MBH prizmasından izlənilir və cavablandırılır. Elə bu səbəbə görə də hərəkat, daxildə olduğu kimi xaricdə də dost münasibətlərini qoruyur və bu münasibətlərin inkişafına dəyər verir.
Şübhəsiz bu addımlar dostluq yaratdığı kimi nifrət hədəfini də sığortalamır. Eybəcərliklərini həqiqət güzgüsündə həzm etməyənlərin məlum nifrəti bunun ifşasına görədir. MBH-nin bu istiamətdə illərdir Azərbaycan hakimiyyətinin hədəfində olaraq hər növ təzyiqlərə baxmayaraq fəaliyyəti davamlıdır. Bu günə qədər 100-dən artıq üzləri həbs olunaraq bütün məhdudiyyətlərə baxmayaraq daxili hər bir neqativ addım, xüsusi olaraq pozulan insan haqlarının müdafiəsində o, tam qüvvəsi ilə müdafiədədir. Ölkə əhəmiyyətli hadisələr, siyasi addımlar onun proritet mövzusu olaraq qalır. Elə buna görə də ikinci Qarabağ savaşında neçə-neçə qazisi, üz şəhidi və bütün üzvləri ilə hərəkat tam səfərbərlikdə döyüşü başa vurdu. Nardaran hadisələrində 4 hərəkat üzvünün şəhid edilərək öldürülməsi isə hərəkatın təkcə xarici düşmən deyil, daxili xəbisləri də hədəfə aldığına bariz nümunədir.
8 illik bir zaman ötməsinə baxmayaraq hal-hazırda 2015-ci il 26 noyabr Nardaran hadisələrində geniş siyahada həbs olunan məhbuslardan hələ də həbsdə qalanlar var. Onların günahsızlığı və həbslərinin sifarişli olması ilk məhkəmə yığıncaqlarında ifşa olunsa da, rejmin həbs maşını bu gün də onlardan bir qrupunu həbsdə saxlamağa davam edir. Bunlar:
1. Tale Bağırzadə (MBH sədri 20 il) Onun ittiham olunduğu maddələrin sayı 15-dən çoxdur. 
2. Abbas Hüseyn (MBH İH-nin üzvü 20 il) Nardaran hadisəsi zamanı həbs olunan gəncin də ittiham aktında maddələrinin sayı hədsiz dərəcədə çoxdur. Abbas Hüseyn həbs olunan zaman güllə yarası alıb.
3. Cabbar Cabbarov (19 il) Nardaran hadisəsi zamanı həbs olunan və standart 15-ə yaxın maddə ilə ittiham olunan hərəkat üzvü.
4. Cahad Babakişizadə (15 il) Nardaran hadisəsi zamanı həbs olunarkən 18 yaşı yeni tamam olmuş gəncin ittiham aktı eynidir. O, həbs olunan zaman güllə yarası alıb.
5. Seyfəddin Şirvanov (MBH İH-nin üzvü 12 il 6 ay) O, Nardaran hadisəsi zamanı ittiham aktında eyni hadisə yaşayan hərəkat üzvüdür.
 Beynəlxaq təşkilatlar, hüquq müdafiəçiləri onları vicdan-siyasi məhbus olaraq tanıyır. Son dövrlər Avropa Məhkəməsi Nardaran hadisəsi ilə bağlı məhkəmə işlərinin araşdırmasında saxlanılan şəxslərin təqsirsizlik prezumsiyasının pozulmasını təsdiqləyərək Azərbaycan dövlətini buna görə cərimə də edib. Maraqlısı odur ki, Avropa Məhkəməsinin qərarını Azərbaycan hakimiyyəti dorulayıbda. 
Nardaran hadisəsindən sonra müxtəlif zamanlarda bir çox hərəkat üzvləri məlum təzyiq və həbslərin qurbanı olub. Onlardan bəziləri həbs dövrlərini başa vurub azadlığa qovuşsalar da, bəziləri hələ də həbs həyatı yaşamaqdadırlar. Bu aşağıdakı qaydada sıralanır:
6. Firudin Zeynalov (19 il) Qurama Gəncə hadisələrinin qurbanı olan Firudinin də ittiham haqqında 10-dan artıq maddə yer alıb. (2021-ci il 16 avqust)
7. Əhsən Nuruzadə (7 il) Ona CM-nin 234.4.3 (satış məqsədi ilə külli miqdarda narkotik əldə etmə, saxlama) maddəsi ilə ittiham verilib. (2018-ci il 6 mart)
8. Razi Hümbətov (6 il) Ona CM-nin 234.4.3 (satış məqsədi ilə külli miqdarda narkotik əldə etmə, saxlama) maddəsi ilə ittiham verilib.  (2022-ci il 20 may)
9. Şamil Həsənov (4 il 6 ay) Ona CM-nin 228.1 (qanunsuz silah saxlama) maddəsilə ittiham verilib. (2020-ci il 27 oktyabr)
10. Elşən Abbasov (2 il6 ay) Barəsində 234.3.4-cü maddə ilə cinayət işi açılsa da, sonradan apelliyasiya maddəni 234.1- ilə tövsif edərək dəyişdirib (2022-ci il 30 avqust)
Hərəkat üzvlərinə qarşı həbslər hər ötən gün durmadan artmaqdadır. Qeyd olunan MBH-çilərin aldığı cəzaların davamı olaraq bu gün 12 nəfər hərəkat üzvü istintaq altında ağır maddələrlə ittiham olunur. Əqidəvi, dini inanclı olan bu şəxslərin narkotik ittihamı ilə saxlanılması isə bu işin qurama, şərləmə olduğunun ən bariz nümunəsidir. Lakin bütün bunlar hakimiyyətin həbs maşınını hərəkat üzvləri üzərinə yönəltməkdə heç nəyi dəyişmir. İttiham olunaraq barəsində saxta cinayət işi başlanan hərəkat üzvləri aşağıdakılardır:
11. Şahin Qədirli. Barəsində 234.3.4-cü maddə ilə cinayət işi açılsa da, sonradan apelliyasiya maddəni 234.1- ilə tövsif edərək dəyişdirib (2022-ci il 23 noyabr) Hazırda Şahin ev dustaqlığına buraxılıb. Ancaq istintaqı davam edir.
12. Nicat Əliyev. Barəsində 234.4.3-cü (satış məqsədilə külli miqdarda narkotik maddə əldə etmə, daşıma, saxlama) maddəsi ilə cinayət işi başlanıb.  (2022-ci il 1 dekabr) O, Kürdəxana 1 saylı İstintaq Saxlama Təcridxanasındadır.
13. Samir Babayev.  Barəsində 234.4.3-cü (satış məqsədilə külli miqdarda narkotik maddə əldə etmə, daşıma, saxlama) maddəsi ilə cinayət işi başlanıb.  (2022-ci il 2 dekabr) O, Kürdəxana 1 saylı İstintaq Saxlama Təcridxanasındadır.
14. Mayıl Kərimov. Barəsində 234.4.3-cü (satış məqsədilə külli miqdarda narkotik maddə əldə etmə, daşıma, saxlama) maddəsi ilə cinayət işi başlanıb.  (2023-cü il 2 fevral) O, Kürdəxana 1 saylı İstintaq Saxlama Təcridxanasındadır.
15. Etibar İsmayılov. Barəsində 234.4.3-cü (satış məqsədilə külli miqdarda narkotik maddə əldə etmə, daşıma, saxlama) maddəsi ilə cinayət işi başlanıb. (2023-cü il 1 fevral) O, Kürdəxana 1 saylı İstintaq Saxlama Təcridxanasındadır.
16. Ceyhun Babaşov. Barəsində 234.4.3-cü (satış məqsədilə külli miqdarda narkotik maddə əldə etmə, daşıma, saxlama) maddəsi ilə cinayət işi başlanıb. (2023-cü il 2 fevral) O, Kürdəxana 1 saylı İstintaq Saxlama Təcridxanasındadır.
17. Mahir Əzimov. Barəsində 234.4.3-cü (satış məqsədilə külli miqdarda narkotik maddə əldə etmə, daşıma, saxlama) maddəsi ilə cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsində davam edir. (2022-ci il 20 iyun) O, Kürdəxana 1 saylı İstintaq Saxlama Təcridxanasındadır.
18. Azad Kərimov. Barəsində 234.4.3-cü (satış məqsədilə külli miqdarda narkotik maddə əldə etmə, daşıma, saxlama) maddəsi ilə cinayət işi başlanıb. (2023-cü il 30 yanvar) O, Kürdəxana 1 saylı İstintaq Saxlama Təcridxanasındadır.
19. Mirtofiq Hüseynov. Barəsində 234.4.3-cü (satış məqsədilə külli miqdarda narkotik maddə əldə etmə, daşıma, saxlama) maddəsi ilə cinayət işi başlanıb. (2022-ci il 6 dekabr) O, Kürdəxana 1 saylı İstintaq Saxlama Təcridxanasındadır.
20. Elşən Rəhimov. Barəsində 234.4.3-cü (satış məqsədilə külli miqdarda narkotik maddə əldə etmə, daşıma, saxlama) maddəsi ilə cinayət işi başlanıb. (2023-cü il 31 yanvar) O, Kürdəxana 1 saylı İstintaq Saxlama Təcridxanasındadır.
21. Rəşad Əliyev. Barəsində 234.4.3-cü (satış məqsədilə külli miqdarda narkotik maddə əldə etmə, daşıma, saxlama) maddəsi ilə cinayət işi başlanıb. (2023-cü il 2 fevral) O, Kürdəxana 1 saylı İstintaq Saxlama Təcridxanasındadır.
22. Elnur Cəfərov. Barəsində 234.4.3-cü (satış məqsədilə külli miqdarda narkotik maddə əldə etmə, daşıma, saxlama) maddəsi ilə cinayət işi başlanıb. (2023-cü il 25 yanvar) O, Kürdəxana 1 saylı İstintaq Saxlama Təcridxanasındadır.
Hərəkatın hədəfə alınması ona qarşı cinayət ittihamı ilə yanaşı inzibati cəzalanma ilə də müşayət olunaqdadır. İllərdir fiziki-psixoloji-cinsi və siyasi təzyiq altında olan hərəkat üzvlərinə inzibatı cəza bu gün də davam etməkdədir. 20 yanvar günü şəhidlərin anım mərasimində, yürüşündə iştirakları üçün hərəkat növbəti təzyiqlə üzləşdi. Hakimiyət yürüş zamanı şüar demək ittihamı ilə yuxarıda qeyd edilən həbslərin inzibatı cəzasını da eyni ssenarinin tərkib hissəsi olaraq gerçəkləşdirdi. Xuliqanlıq ittihamı (510-cu maddə -xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə -əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur) ilə 6 hərəkat üzvü 30 sutka inzibati cəza aldı. Növbəti qurama ittihamla saxlanılan hərəkat üzvləri:
23. Həsən Abbaszadə.
24. Nizami Əhmədov.
25. İmran Məmmədli
26. Tərlan Seyidov.
27. Telman Rəşidov.
28. Rövşən Əliyev.
Son olaraq cinayət, inzibati cəza alan hərəkatın cərimələnməsi də davamlı baş verir. Hətta pandemiya dövründə insanlara maska paylamaq kimi xeyirxah addım atan hərəkat üzvlərinin cərimələnməsi hakimiyyətin qərəzli addımlarından idi. Yanvarın 13-də, Müsəlman Birliyi Hərəkatının yaranmasının 8-ci ildönümündə bir neçə hərəkat üzvü ailləri ilə bərabər bu günü qeyd etmək üçün keçirdikləri tədbir növbəti gün yenə hakimiyyətin hədəfində oldu. Mərasimi zorla “dini məclis” kimi təqdim etməyə çlışan rejm nümayəndələri 7 hərəkat üzvünü bu mərasimə uşaqlarını gətirdikləri üçün valideynlərini məhkəmə önünə çəkdi. 515-ci maddə ilə (dini yığıncaqlar, yürüşlər və digər dini mərasimlərin təşkilinin və keçirilməsinin qanunla müəyyən edilmiş qaydalarının pozulmasına) hər bir valideyn 1500 manat dəyərində cərimələndi. Bütün mərasim boyu heç bir dini məzmun əks olunmadığına baxmayaraq hədəfdə olan MBH hakimiyyətin bu təzyiqini də yaşayır. Cərimə olunanlar isə:
29. Ağaəli Yahyayev.
30. Mail Kərimov.
31. Xosrov Əzizov.
32. Rövşən Əliyev.
33. Zamin İskəndərov 
34. Rasif Çıraqov 
35. Təbriz Qulubəyli 
Müsəlman Birliyi Hərəkatı rejimin davranışlarında bütün çətinliklərə sinə gələrək mübarizəsində davamlıdır. Onun İlahi dəyərlərə söykənən əqidəvi baxışı, milli məfkurəyə əsaslanan vətənpərvər duruşu və insanlıq naminə çalışaraq parlaq, ədalətli sabahın gəlişinə inamı bütün bu çətinlikləri adlamasına yardımçıdır. 
Allahdan kömək, xalqın sevgisi və mübarizə ruhunu qorumaqla çalışmaq hədəfə çatdıracaq yeganə doğru yoldur.  
 
Müsəlman Birliyi Hərəkatı Tədqiqat Mərkəzi.
13 Fevral 2023-cü il.