Müsəlman Birliyi Hərəkatının üzvü inzibati cəzalanıb

İki gün öncə saxlanılan Cəlilbad sakini Rəşad İslam oğlu Əliyevə bu gün məhkəmə önünə çıxarılaraq inzibati cəza alıb. Bu barədə məlumatı Operativ.tv-yə Rəşad Əliyevin yaxınları verib. Belə ki, iki gün öncə iş yerindən çıxarkən naməlum şəxslər tərəfindən saxlanılan Rəşad bu gün Cəlilabad rayon məhkəməsinin qərarı ilə 15 sutka inzibati həbs cəzası ilə cəzalanıb. Məhkəmə gəncin saxlanılma səbəbi kimi Rəşadın Cəlilabadda küçələrə "Allahı söyənlər cəzalandırılsın!" yazılmış kağızlar yapışdırdığını göstərib. Xatırladaq ki, Rəşad Əliyev Müsəlman Birliyi Hərəkatının üzvüdür.