Müsəlman futbolçu 10 xeyriyyəçidən biri seçildi

 “Liverpool” futbol klubunun müsəlman ulduzu Məhəmməd Salah “Sunday Times”-in xeyriyyə ianələri siyahısında 8-ci yeri tutaraq növbəti dəfə yüksək səxavətlilik səviyyəsi nümayiş etdirib.

Operativ.tv Az.shafaqna.com -a istinadən xəbər verir ki, ingilis qəzetinin hesabatı göstərib ki, Misir millisinin kapitanı son 3 ildə öz gəlirinin 6%-dən çoxunu, əsasən öz ölkəsində, səhiyyə məqsədlərinə sərf edib.

Salah 2019-cu ildə Qahirədəki Milli Xərçəng İntitutuna 2,4 milyon funt sterlinq bağışlayıb. Bu yardım içərisində partlayıcı olan avtomobilin partlaması nəticəsində həmin binanın ciddi zərrə görmüşdü“, – deyə qeyd edilib.

Bundan başqa, o, Kembric Universitetinin Təqaüd Təşəbbüsündə də iştirak edib. Müsəlman futbolçu son 3-4 ildə 30 qrant və hər bir tələbəyə də hər il 20 min funt sterlinq ayırıb.