Nigeriya Ali məhkəməsi şagirdlərin hicab hüququnu təmin etdi

Nigeriyanın Ali məhkəməsi dövlət məktəblərində hicaba dair rezonanslı işlə bağlı müsəlman şagirdlərin lehinə qərar çıxarıb.

Operativ.tv Az.shafaqna.com -a istinadən xəbər verir ki, Ali məhkəmə Asiyat Əbdülkərim adlı müsəlman xanımın Laqos ştatının hökumətinə qarşı iddiasını gözdən keçirib və dövlət məktəblərində hicabın qadağan edilməsinin dini mənsubiyyət üzrə diskriminasiya olduğunu təsdiq edib.

Hakimlər özlərinin 80 səhifəlik hökmündə qeyd ediblər ki, məktəblər tərəfindən hicabın qadağan edilməsi din azadlığının zəmanətçisi olan konstitusiyasının normalarının pozulmasıdır.

Beləliklə də, Nigeriya ali məhkəməsi ölkənin gənc müsəlman qızlarına məktəblərdə hicab geyinmək hüququna zəmanət verib.