Nigeriyada Tale Bağırzadəyə dəstək aksiyası keçiriləcək

Nigeriya İslam Hərəkatı Tale Bağırzadəyə dəstək nümayişləri keçirəcək. Giperssilka informasiya agentliyi mötəbər mənbələrinə istinadən xəbər verir ki, bu barədə Nigeriya İslam Hərəkatının lideri, keçmiş siyasi məhbus Şeyx İbrahim Zəkzəki bildirib. Şeyx Zəkzəki aclıq aksiyasına başlamış Hacı Tale Bağırzadənin müdafiəsi üçün ən azı Nigeriyanın 2 böyük şəhərində aksiyalar təşkil olunacağını açıqlayıb.

Xatırladaq ki, Azərbaycan Müsəlman Birliyi Hərəkatının sədri Hacı Tale Bağırzadə artıq 12 gündür ki, aclıq aksiyası keçirir. MHB sədri həbsxanada özünə və digər məhbuslara olan ədalətsiz rəftara və təzyiqlərə etiraz olaraq bu addımı atıb.

Ailəsi T.Bağırzadənin son günlərdə vəziyyətinin ağırlaşdığını açıqlayıb.