Niyə bəzi vaxtlarda Allahın və imamların (ə) adları çəkiləndə insan onlara imanının olmadığını hiss edir və belə düşünür ki, ümumiyyətlə onlar yoxdurlar?

Bunun qarşısını almaq üçün nə iş görmək lazımdır?
İlahi ayələrə və İmamlara (ə) imanın olmamasının əsas amillərindən biri də heç şəkk-şübhə yoxdur ki, insanın etdiyi çoxlu günahlardır. İlahi hökmlərə itaətsizlik və pis əməllərə mürtəkib olmaq insanın “iman” adlı canına düşmüş xora xəstəliyi kimidir və yavaş-yavaş insanın imanını aradan aparır. Çünki Şeytan insanı öz əsil yolundan və sirati-mustəqimdən azdırmaq istərkən birdən-birə bu işi həyata keçirmir, əksinə yavaş-yavaş günahları onun nəzərində sadə və kiçik cilvələndirərək kiçik günahlardan başlayıb böyük günahlara tərəf çəkir. Nəticədə insanın qəlbi həmin günahlar səbəbinə elə qaralır ki, həqiqəti qəbul etməyə belə hazır olmur. Belə yerdə onun ilahi ayələrə imanı yox olub aradan gedir. Əgər o özünə gəlib etdiyi günahlardan əl çəkməsə, əbədi ziyana və ilahi əzaba düçar olur. Allah Təala bu barədə belə buyurur: 
ثُمَّ كَانَ عَاقِبَةَ الَّذِينَ أَسَاءُوا السُّوأَى أَنْ كَذَّبُوا بِآَيَاتِ اللَّهِ وَكَانُوا بِهَا يَسْتَهْزِئُونَ . الروم / 10 .

Sonra pis işə bulaşanların sonu o yerə çatdı ki, Allahın ayələrini təkzib edib məsxərəyə qoydular. 
İmamlara (ə) qarşı imanın olmamasının amillərindən biri də onların məqam və mənzilətlərindən xəbərsiz olmaqdır. Şəkk-şübhə yoxdur ki, insan bir kəsi tanımasa və onu tanımağa çalışmasa, ona iman gətirə bilməz. Mən sizə təklif edirəm ki, bu çətin giriftarçılıqdan xilas olmağınızdan ötrü hər gün şiənin rəvayət kitablarından, xüsusən şiənin etibarlı və üstün kitablarından sayılan Kafi kitabından bir səhifə mütaliə edəsiniz ki, İmamlara (ə) olan agahlığınız artsın. İmam Rza (ə) buyurur:
فَإِنَّ النَّاسَ لَوْ عَلِمُوا مَحَاسِنَ كَلَامِنَا لَاتَّبَعُونَا .
عيون أخبار الرضا (ع) - الشيخ الصدوق - ج 2 - ص 275  و معاني الأخبار - الشيخ الصدوق - ص 180 و...

Əgər insanlar bizim gözəl sözlərimizi (artırıb azaltmadan) bilsəydilər bizə tabe olardılar. 
Həzrət Vəliyyi Əsr (ə.f) müəssisəsinin şübhələrə cavab təhqiqat qrupu
Tərcümə etdi: Şeyx Fərhad Mirzə