Növbəti məhkəmə revanşı

Müsəlman Birliyi Hərəkatı "Gəncə hadisələri"nə görə verilən uzun müddətli həbs qərarları ilə bağlı bəyanat yayıb.

 

Hərəkatın mətbuat xidmətindən Operativ.tv-yə daxil olan məlumatı təqdim edirik:

 

"Dünyada insanların ən böyük etimad nöqtəsi olan məhkəmənin Azərbaycanda növbəti tənəzzülü "Gəncə məhbuslar"nın sonuncu dəstəsinə hökm oxumaqla bir daha nümayiş edildi. Ötən gün Yunis Səfərovun təmsil olunduğu "Gəncə hadisələri" səbəbi ilə həbs olunan dəstəyə ağlagəlməz ağır həbs müddətləri verildi. Əslində sifarişli olan bu işin nəticələri elə ilk gündən bəlli idi. Ancaq bir neçə gün öncə erməni diversantlarına aylıq həbs cəzası oxuyan hakim Əfqan Hacıyevin öz vətəndaşına erməni qədər davranacağı ümidi təəssüf ki, son hökmdə suya düşdü. Şübhəsiz, Yunis Səfərov ermənilərin Azərbaycanda etdiyi cinayətlərin, heç olmasa bu ölkəyə daxil olma niyyətində yatan xəbisliklə belə müqayisə olunan deyildi. Lakin sifariş hər kəs hakimiyyətin məmuruna qarşı onun hansı günahda olmasından asılı olmayaraq qarşı çıxmağa görə amansız cəza idi.
Məhkəmənin bir-birindən xəbərsiz, əlaqəsiz dəstəsi, bəzisinin hadisə zamanı artıq həbs həyatı yaşaması, günahsiz digər həbs olunanların, sayları ürək ağrıdan öldürülənlərin bu işə əlaqəsi təkcə Elmar Vəliyevin yarıtmaz idarəçiliyinə qarşı qalxan Yunis Səfərov cəzalanmasına görə deyildi. Bu bütünlükdə gəncəlilər də daxil olmaqla, Azərbaycanda məmurun tam hüquq müstəvisini aşaraq qanunsuz davranışlarına etiraz etmək istəyənlərə adekvat cavab, göz dağı siyasəti idi. Yunis Səfərovun son məhkəmə çıxışında bu işdə özünün tək və kimsə ilə əlaqəsi olmadan icrasını, eyni halda Gəncə camaatına qarşı Vəliyevin davranışlarına son nöqtə qoymaq üçün atdığı addımda da fərdiliyi əvvəldən hadisənin qrup halında geniş dəstə təfəkkürünə təsir edə bilmədi.
Bir neçə şəxsin amansız qatili olan ermənilərdən fərqli olaraq hadisədə ölümün belə olmaması, lakin Yunis Səfərova sanki neçə-neçə qətliamı törədən qatil kimi ömürlük cəza vermək xalqın məhkəmənin azadlığı, demokratiyanın tənəzzülünə qarşı növbəti ümidsizliyinin revanşı oldu. Görünür bizim demokratiya humanizmi yalnız Qərbin təbəssümü üçün erməni əsgərinə sərgilənmək qüdrətindədir".