Ölkə hadisələri

Bakı metrosunda qatar stansiyaya daxil olarkən sərnişin relsin üstünə düşüb

"İçərişəhər-Həzi Aslanov" marşrutu ilə hərəkət edən qatar "Nəriman Nərimanov" stansiyasına daxil olarkən, sərnişin stansiya yoluna düşüb.

"Bakı metropoliteni" hadisə ilə bağlı, dərhal xətdən yüksək gərginlik çıxarılıb, təcili tibbi yardım çağırılıb və təlimat tələblərinə uyğun olaraq, sərnişin stansiya yolundan çıxarılıb. Sərnişinə ilkin tibbi yardım göstərilib. 12 dəqiqədən sonra qatarların hərəkəti bərpa olunub. Aidiyyəti üzrə araşdırma aparılır.

 

Qubada istirahət mərkəzində yanğın olub

Quba rayonunda istirahət mərkəzinin ərazisində ümumi sahəsi 14 m² olan taxta konstruksiyadan ibarət kotec yanıb. Fövqəladə Hallar Nazirliyi bildirir ki, yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

 

Gəncədə hamilə qadın dərmandan zəhərlənib

Gəncədə zəhərlənmə faktı qeydə alınıb. Hadisə şəhərin Totanlı adlanan yaşayış massivində baş verib. 1991-ci il təvəllüdlü Z.Ələkbərova zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Qadına lazımi tibbi yardım göstərilib, vəziyyətinin normal olduğu bildirilir. İlkin məlumata görə, qadın özü bilərəkdən dərman içib. Səbəbi məlum deyil. Faktla bağlı araşdırma aparılır.

Gəncədə yanğın olub, xəsarət alan var

Gəncədə yanğın hadisəsi baş verib, hadisə şəhərin Heydər Əliyev prospektində yerləşən yaşayış binasının mənzillərinin birində qeydə alınıb. Yanğın anidən başlayıb. Dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürən briqadası canlı qüvvəsi cəlb olunub. Yanğın söndürülüb, alovun digər evlərə keçməsinin qarşısı alınıb. Yanğın zamanı ev sahibi 1962-cı il təvəllüdlü İbrahimov Şahin Telman oğlu ayağından yanıq xəsarəti alıb. İlkin ehtimala görə, yanğın evdə olan qızdırıcıdan qaynaqlanıb. Hadisənin başvermə səbəbləri araşdırılır.

mənbə: APA