Özbəkistan və Çin arasında texniki və iqtisadi əməkdaşlıq sazişi imzalanıb

Özbəkistan və Çin arasında texniki-iqtisadi əməkdaşlıq haqqında saziş imzalanıb. Mərasim İnvestisiya və Xarici Ticarət Nazirliyinin Daşkənddəki binasında keçirilib.
Operativ.tv SHAFAQNA TURKEY-ə istinadən xəbər verir ki, Özbəkistan və Çin arasında texniki və iqtisadi əməkdaşlıq sazişi imzalanıb. Mərasim İnvestisiya və Xarici Ticarət Nazirliyinin Daşkənddəki binasında keçirilib.
Sazişi Özbəkistanın investisiyalar və xarici ticarət nazirinin birinci müavini Əziz Vahidov və Çinin Daşkənddəki səfiri Cianq Yian imzalayıblar.
Müqavilə Özbəkistanda birgə sosial layihələr üçün 250 milyon yuan (37,5 milyon dollar) məbləğində qrantları nəzərdə tutur.
İndiyədək iki ölkə arasında texniki-iqtisadi əməkdaşlıq çərçivəsində səhiyyə, təhsil, kənd və su təsərrüfatı, mədəniyyət, nəqliyyat və digər sahələrdə layihələr həyata keçirilib.
Çin hazırda Özbəkistanın ən böyük iqtisadi və ticarət tərəfdaşıdır.