Pakistan təhlükəsizlik qüvvələri İmran Xanın tərəfdarlarının paytaxta doğru yürüşünün qarşısını alıb

Pakistanın sabiq Baş naziri İmran Xanın tərəfdarlarının paytaxta doğru yürüşünün qarşısı alınıb.

Operativ.tv SalamNews-a istinadən xəbər verir ki, Pakistan təhlükəsizlik qüvvələri paytaxtın yollarında böyük kantinerlərdən istifadə edərək süni maneələr yaradıblar.

Lakin buna baxmayaraq İmran Xan tvitter səhifəsində bildirib ki, o aksiyalara qatılacaq və paytaxtın mərkəzinə doğru yürüş baş tutacaq.

İmran Xan tərəfdarlarını yürüşü davam etdirməyə çağırıb.

O bildirib ki, hakimiyyət elə bu il geckmədən seçkilərin keçirilməsini elan etməli və onu gələn ilə saxlamamalıdır.

Məlumata görə Pakistan təhlükəsilik qüvvələri paytaxtın bütün girəcəklərinə əlavə qüvvələr yerləşdirib.