Paris: İran Vyanaya qayıtmaq niyyətini nümayiş etdirməlidir

Operativ.tv-nin al-hadath.net saytına istinadən xəbər verir ki, Fransa cümə günü İranı nüvə danışıqlarını sözlərlə deyil, hərəkətlərlə bərpa etməyə hazır olduğunu göstərməyə çağırdı.

Reuters xəbər agentliyinin verdiyi məlumata görə Xarici İşlər Nazirliyinin sözçüsü: "Tehran nüvə proqramı ilə əlaqədar dünya gücləri ilə Vyana danışıqlarını bərpa etmək istədiyini nümayiş etdirməlidir".

Bir Avropa diplomatı bu günün əvvəlində İran nümayəndə heyətinin danışıqlar masasına qayıtmağa hazır olmadığını təsdiqlədi.

Brüsseldəki "Əl-Ərəbiyyə" müxbirinin dediyinə görə, mətbuat brifinqində Tehranın Avstriyanın paytaxtında danışıqları davam etdirməyə hazır olmadığını vurğuladı. O əlavə edib ki, bu ayın sonunda (oktyabr) nüvə sənədləri ilə bağlı uzun müddətli Avropa-İran danışıqları keçiriləcək.