Qarabağda döyüşən livanlı erməniyə 20 il həbs cəzası verildi

Qarabağda döyüşən Livan əsill erməni Eulcekçyan Viqen Abrahamın cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

İyunun 12-də verilə məlumata görə, Yasamal rayon Məhkəməsinin inzibati binasında Bakı Hərbi Məhkəməsinin hakimi Elbəy Allahverdiyevin sədrliyi ilə bu gün keçirilən prosesdə hökm elan olunub.

Məhkəmənin hökmü ilə Eulcekçyan Viqen Abraham 20 il müddətinə azadlıqdan məhrum edilib.

Hökmə əsasən, o cəzanın ilk 5 ilini həbsxanada, digər hissəsini ilə ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.

Prokuror çıxışında məhkəmədən Eulcekçyan Viqen Abrahamın 20 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.