"Qasim Süleymaniyə qarşı terror aktının törədilməsində yeddi dövlətin kəşfiyyatının əli var"

“Biri ərəb dövləti olmaqla yeddi dövlətin adamlarının Qasim Süleymaninin terror aktına məruz qalmasında rolu olub”.

Operativ.tv Az.rasthaber.com-a istinadən xəbər verir ki, bunu İranın Məhkəmə Hakimiyyətinin Beynəlxalq məsələlər üzrə rəsmisi Kazim Qəribabadi son açıqlamasında deyib.

O, mərhum Qasim Süleymaninin terror aktına məruz qalması ilə bağlı İranda və İraqda aparılan məhkəmə araşdırmaları işinin son nəticələrini açıqlayıb və bildirib ki, bu cinayətdə yeddi dövlətin adamlarının əli olması müəyyən edilib.

“ABŞ-dan əlavə Britaniya, Almaniya, İordaniya və digər dövlətlərin bu işdə əli olan adamları müəyyənləşdirilib”, deyə İran rəsmisi qeyd edib ki, cinayətlə bağlı məhkəmə işi İranda, İraqda və beynəlxalq müstəvidə aparılır.

İran rəsmisi bildirib ki, cinayətin hüquqi və məhkəmə müstəvisində araşdırılması həm də İranla İraqın əməkdaşlığı formatında aparılır.

Qəribabadi bildirib ki, 1,500 səhifədən ibarət araşdırma yeddi dövlətə göndərilib və yalnız İraq bu məsələ ilə bağlı əməkdaşlıq edir.