Qırğızıstan və Tacikistan razılaşdı - Protokol imzalandı

Qırğızıstan və Tacikistanın Milli Təhlükəsizlik üzrə Dövlət Komitəsinin rəhbərləri sərhəddə yaranmış vəziyyətin nizamlanması ilə bağlı protokol imzalayıblar.

Operativ.tv Unikal-a istinadən xəbər verir ki, bu barədə Qırğızıstan Milli Təhlükəsizlik üzrə Dövlət Komitəsinin sədri Kamçıbek Taşiyev bildirib.Onun sözlərinə görə, danışıqlar Batken vilayətinin Qızıl-Bel keçid məntəqəsində baş tutub. Taşiyev protokolun bütün bəndlərinin yerinə yetiriləcəyinə ümid edir.