“Qərb Rusiya üçün qazdığı quyuya düşdü”

Operativtv.com Rasthaber - ə istinadən xəbər verir ki, Rusiya Sənaye və Sahibkarlar İttifaqının konqresində çıxış edən Putin Ukraynadakı xüsusi hərbi əməliyyata görə anti-Rusiya sanksiyaları tətbiq edən Qərb ölkələrinin əslində bu sanksiyalardan təsirləndiyini bildirib.

Rusiyadan çəkilməyə qərar verən Qərb şirkətlərinin yerini yerli şirkətlərin aldığını və bunun Qərb şirkətlərinin Rusiyaya qayıtma ehtimalını aradan qaldırdığını ifadə edən Putin, “Bu vəziyyət ağlıma belə bir vədi gətirir: Heç kimi baltalamayın, çünki nəticə öz əleyhinizədir. Hazırda Qərb şirkətləri üçün baş verənlər məhz budur” deyə o bildirib.

Putin deyib: “Avrozona ölkələri hamını inandırmağa çalışırlar ki, Rusiya iqtisadiyyatının çökməsi qaçılmazdır, halbuki onların inflyasiyası Rusiyadakından yüksəkdir. Bu xüsusda onun ölümü ilə bağlı şayiələrin çox şişirdildiyini deyən məşhur Amerika yazıçısı Mark Tveni qeyd etmək istərdim. Eyni şey iqtisadiyyatımızla bağlı dedi-qodulara da aiddir. Getməkdənsə Rusiya bazarında qalmağı seçən sahibkarlar gedənlərdən daha müdrik davrandılar.”

 Konqresin panel iclasında iştirakçıların suallarını cavablandıran Putin bəyan edib ki, Rusiya Aİ ölkələrinin müstəqil, suveren olmasını və milli maraqlarına uyğun qərarlar qəbul etməsini istəyir. Lakin o, bunun qətiyyən belə olmadığını vurğulayıb.