Qubada korrupsiya yoxlaması - Başçı və polis rəisindən narazılıq var

Quba rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyevlə bağlı sensasion məlumat yayılıb.

Operativ.tv "Unikal"a istinadən məlumatda deyilir ki, Baş prokuror yanında Korruspiyaya qarşı Mübarizə İdarəsi Quba rayonu ilə bağlı çoxsaylı şikayətləri araşdırıb. Həmin araşdırmalar zamanı rayonun bir sıra bələdiyyələrinin rəhbərləri də dindirilib və onlar müxtəlif vaxtlarda icra başçısına müxtəlif məbləğlərdə pul vəsaitlərini rüşvət kimi verdiklərini etiraf ediblər. Hazırda araşdırmaların davam etdirildiyi və daha da genişlənə biləcəyi vurğulanır.  

Quba rayon polis şöbəsinin rəisi Mehman Əliyevlə bağlı da narazılıqlar artıb. Belə ki, polis rəisinin tapşırığı ilə sahibkarların narazılığına səbəb olan addımların atıldığı, rayonda tikinti işlərinin həyata keçirilməsinə süni əngəllərin yaradıldığı bildirilir.