Qüds Batalyonları Nablusda sionist hərbçiləri hədəf aldığını açıqlayıb

Fələstin İslami Cihad Hərəkatının hərbi qanadı olan Qüds Batalyonları Nablusda sionist hərbçiləri hədəf aldığını açıqlayıb.

Operativ.tv Az.rasthaber.com-a istinadən xəbər verir ki, Fələstin İslami Cihad Hərəkatının hərbi qanadı olan Qüds Batalyonları bir bəyanat yayaraq, Nablus batalyonunun müqavimət döyüşçülərinin bu gün səhər (bazar ertəsi) Nablusun şərqindəki Beyt-Furik bölgəsində sionist hərbçilərin qərargahını hədəfə aldığını bildirib.

Bəyanatda əlavə edilib ki, Nablus batalyonunun qüvvələri bu anti-sionist əməliyyatdan sonra heç bir zərər görmədən əməliyyat yerindən uzaqlaşa biliblər.

Qeyd edək ki, son dövrlərdə sionist hərbçilər və qəsəbə sakinlərinin cinayətlərinə cavab olaraq, fələstinlilərin İordan çayının qərb sahili və işğal olunmuş Qüdsün müxtəlif bölgələrində fədakarlıq və müqavimət əməliyyatları intensivləşib.

Fələstin mənbələri ilə bağlı "Məəti" statistika və informasiya mərkəzi ötən ilin avqustunda İordan çayının qərb sahilinin müxtəlif bölgələrində sionistlərə qarşı ümumilikdə 832 müqavimət əməliyyatı həyata keçirildiyini və bu əməliyyatlarda 28 sionistin ağır yaralandığını açıqlayıb.

Sionistlər öz ekspansionist məqsədlərinə çatmaq üçün hər gün Fələstinin müxtəlif bölgələrinə hücum edir və yalan iddialarla fələstinliləri həbs edir, yaralayır və ya şəhid edirlər. Müqavimət qüvvələri də əməliyyatlar keçirməklə sionist rejimin cinayətlərinə cavab verir.