Quranı “şeytan ayələri” adlandıran Salman Rüşdi Nyu-Yorkda hücuma məruz qalıb

Hadisə Salman Rüşdinin tədbirlərin birində məruzə edərkən baş verib. Belə ki, bir nəfər əlində bıçaqla səhnəyə çıxaraq ona hücum edib. Operativ.tv APA-ya istinadən xəbər verir ki, yazıçı Rüşdinin səhhəti ilə bağlı hələ ki, heç bir məlumat yoxdur. Qeyd edək ki, ona edilən hücuma səbəb 1989-cu ildə yazdığı "Şeytan ayələri" kitabı olub. O bu kitabı Müqəddəs Quranın əleyhinə yazıb və adını da buna görə şeytan ayələri qoyub. Həmin kitab satışa buraxılan gündən çox böyük səs-küyə səbəb olmur və bu gün də böyük nifrətlə qarşılanır. O zaman İranın Ali Dini Lideri Ayətullah Xomeyni tərəfindən fətva verilərək Rüşdi haqqında ölümü hökmü çıxarılmışdı. Qeyd edək ki, İslam dininə qarşı həqarət kimi qəbul edildiyindən kitaba və müəllifə qarşı dəfələrlə etiraz və təhdidlər olub.