Ramin Bayramlının istefa ərizəsi qəbul olunub

TƏBİB-ə müvəqqəti rəhbərliyi Vüqar Qurbanov edəcək

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”nin (TƏBİB) İdarə Heyətinin sədri vəzifəsindən istefa verən Ramin Bayramlını müvəqqəti olaraq İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Tibbi iddialar departamentinin rəhbəri Vüqar Qurbanov əvəz edəcək.

Bu barədə sentyabrın 13-də Meydan TV-yə agentlikdən məlumat verilib.

Bildirilib ki, agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyevin əmri ilə TƏBİB-in İdarə Heyətinin sədri vəzifələrini müvəqqəti icra etmək səlahiyyəti Vüqar Qurbanova verilib. O, hazırda Agentliyin Tibbi iddialar departamentinin rəhbəri vəzifələrini icra edir.

Son məlumata əsasən, TƏBİB İdarə Heyəti sədrinin müşaviri Şəhriyar Fətullayev də vəzifəsindən azad olunması ilə bağlı ərizə ilə müraciət edib.

Sentyabrın 12-də Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin ( TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı vəzifəsindən istefa verib.

O, özü “Twitter” səhifəsində bu barədə yazıb.